“Qanlı Yanvar” filmi Şəki tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb

“Qanlı Yanvar” filmi Şəki tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb
13:18 21 Yanvar 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+


Şəki, 21 yanvar, Mustafa Dadaşov, AzərTAc
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında kinorejissor və ssenarist Vahid Mustafayevin “Qanlı Yanvar” filminin nümayişi olub.
AzərTAc xəbər verir ki, 20 Yanvar hadisələrindən bəhs edən filmə ümumxalq baxışında şəhər rəhbərliyi, ziyalılar, əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.
Filmin nümayişindən əvvəl tamaşaçılara yeni ekran əsəri barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, “Bakı film”, ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev Fondunun vəsaiti və dövlətimizin başçısının dəstəyi ilə lentə alınan “Qanlı Yanvar” filmi Vahid Mustafayevin Azərbaycanın ən yeni tarixinə işıq salan ikinci ekran əsəridir. Bundan əvvəl təqdim olunan “Xoca” filmi kimi, bu filmin də ekranlara çıxması Azərbaycanın çoxmilyonlu tamaşaçıları tərəfindən böyük maraqla gözlənilirdi.
Bildirilib ki, filmin süjet xəttində 25 il əvvəl baş verən real hadisələr dayanır. Vahid Mustafayev filmdə canlı şahidi olduğu hadisələri bədii şəkildə səhnələşdirib. Kinorejissor filmin çəkilişində beynəlxalq komanda ilə işləyib. Aktyor truppasına ölkəmizlə yanaşı, Türkiyə, ABŞ, İran və Rusiyadan da yaradıcı heyət dəvət edilib. Türkiyənin tanınmış aktrisası Nebahat Çehre filmdə övladını itirən ana rolunu, məşhur amerikalı aktyor Leyn Devis isə Viktor adlı əcnəbi jurnalistin obrazını canlandırır.
“Qanlı Yanvar” filmi Şəki tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qanli_Yanvar_filmi_Seki_tamasachilari_terefinden_boyuk_maraqla_qarsilanib-826322

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR