Azərbaycanda 1500-dək vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Azərbaycanda 1500-dək vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib
17:18 19 İyun 2015
100 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən bu ilin yanvar-may aylarında işsiz və işaxtaran vətəndaşlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə 80 peşə hazırlığı və əlavə təhsil kursu təşkil edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, kompyuter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dərzi, qənnadçı, aşbaz köməkçisi, mebel quraşdırıcısı və s. peşələr üzrə təşkil olunan kurslara ümumilikdə 1453 nəfər şəxs cəlb edilib. Həmin şəxslərdən 652 nəfəri DMX-nin tabeliyindəki Bakı Regional Peşə Tədris Mərkəzində, 63 nəfəri Göyçay Peşə Tədris Mərkəzində, qalanları isə ayrı-ayrı müvafiq tədris bazalarında peşə təlimi keçib.
Bununla yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarından 3-ü penitensiar müəssisələrdə təşkil olunub. Həmin kurslara cəzaçəkmə müddəti yaxın aylarda başa çatacaq 45 nəfər cəlb edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_1500_dek_vetendas_pese_hazirligi_ve_elave_tehsil_kurslarina_celb_edilib-865338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR