“Tarixi abidələr rəssamlıqda” mövzusunda ustad dərsi

17:38 19 İyun 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+


Şərur, 19 iyun, Rauf Əliyev, AZƏRTAC
Şərur rayonunun 1 nömrəli tam orta məktəbində Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin üzvlərinə “Tarixi abidələr rəssamlıqda” mövzusunda ustad dərsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin tədbirlər planı çərçivəsində keçirilən ustad dərsi muxtar respublikanın Rəssamlar Birliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Muxtar respublikanın Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva ustad dərslərinin əhəmiyyətindən danışıb. Bildirib ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri ilə haqlı olaraq fəxr edir. Bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, rəssamlıqda da milli mədəniyyət abidələrinin özünəməxsus yeri var.
Ülviyyə Həmzəyeva qeyd edib ki, bir sıra istedadlı Azərbaycan rəssamlarının, o cümlədən professional dəzgah boyakarlığının banisi olan Bəhruz Kəngərlinin yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Ölkəmizin mədəniyyət abidələrinin təsviri “Möminə Xatın türbəsi”, “Əshabi-Kəhf dağı”, “Nuhun qəbri”, “Köhnə qala” bu baxımdan diqqəti cəlb edir. Bəhruz Kəngərlinin rəsm əsərləri içərisində özünəməxsus yer tutan “Naxçıvan yadigarı” albomu xüsusi olaraq qeyd edilməlidir. İyirmi rəsm əsərindən ibarət bu albomda Naxçıvanın memarlıq abidələrinin təsvirləri də öz əksini tapıb.
Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Həmzə Sadiqov dərnək üzvlərinə Möminə Xatın və Yusif Kuseyr oğlu türbəsinin təsvirlərinin çəkilməsi qaydasını göstərib, rənglərin qatılmasını, rəsm əsərinin sulu boyalarla rənglənməsini əyani olaraq izah edib.
Sonda dərnək üzvlərini maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tarixi_abideler_ressamliqda_movzusunda_ustad_dersi-865347

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı