x
Loading...

Qəbələdə “Narkomaniyaya yox deyək” mövzusunda “dəyirmi masa” keçirilib

Qəbələdə “Narkomaniyaya yox deyək” mövzusunda “dəyirmi masa” keçirilib
18:58 19 İyun 2015
421 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Qəbələ, 19 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ Rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə hüquq mühafizə orqanlarının əməkdaşları, rayonun müxtəlif idarə və müəssisələrində çalışan fəal gənclər, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Dəyirmi masa”da “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nın icrası məqsədilə Qəbələ rayon polis şöbəsi tərəfindən görülən işlər haqında məlumat verilib. Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə 2015-ci ilin müvafiq dövrü ərzində rayonda 6 cinayət faktı aşkar edilib, dövriyyədən 345,25 qram qurudulmuş marixuana, 13,74 qram tiryək çıxarılıb. Rayonun Bayramkoxa və Nic qəsəbəsi ərazisində yabanı halda bitən kənaf kolları çıxarılaraq yandırılıb.
Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov rayonda qeydiyyatda olan narkotik istifadəçilərinin sırasında yeniyetmə və gənclərin olmadığını, buna baxmayaraq, narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından istifadə edildiyini, gənclərə bu kimi zərərli vərdişlərin mənfi fəsadları barədə məlumatlar verildiyini diqqətə çatdırıb.
Qəbələ Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən təlim-tərbiyə müəssisələrində, məktəblərdə aidiyyəti təşkilatlarla birlikdə müntəzəm olaraq uşaq və yeniyetmələr arasında narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı profilaktik tədbirlər görüldüyü qeyd edilib.
Sonda tədbir iştirakçılarına məlumatlandırıcı broşürlər paylanılıb. Tədbirin sonunda “dəyirmi masa” iştirakçılarının təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebelede_Narkomaniyaya_yox_deyek_movzusunda_deyirmi_masa_kechirilib-865409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR