Azərbaycanda qeyri-həyat sığortası bazarında yığım 9,7 faiz artıb

Azərbaycanda qeyri-həyat sığortası bazarında yığım 9,7 faiz artıb
06:08 20 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
2015-ci ilin yanvar-may aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 150,3 milyon manatı və ya 72,4 faizi qeyri-həyat sığortasının payına düşüb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a verilən məlumata əsasən, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 9,7 faiz böyüyüb.
Qeyri-həyat sığortası üzrə yığımların 26,6 faizi və ya 40 milyon manatı tibbi sığortanın, 20 faizi və ya 30 milyon manatı avtomobillərin icbari sığortasının, 8,9 faizi və ya 13,4 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 8,6 faizi və ya 12,9 milyon manatı kasko sığortasının, 7,9 faizi və ya 11,8 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, qalan 28 faizi və ya 42,2 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Son beş ayda sığorta ödənişlərinin 66,3 faizini və ya 49,4 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz azdır.
Qeyri-həyat sığortası üzrə ödənişlərin 41,7 faizi və ya 20,6 milyon manatı tibbi sığortanın, 26,1 faizi və ya 12,9 milyon manatı avtomobillərin icbari sığortasının, 20,9 faizi və ya 10,3 milyon manatı kasko sığortasının, qalan 11,3 faizi və ya 5,6 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 32,9 manatı ödəniş edilib. 2014-cü ilin yanvar-may aylarında bu göstərici 38,2 manat olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_qeyri_heyat_sigortasi_bazarinda_yigim_97_faiz_artib-865507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR