Konqreslər Bürosunun daha bir nailiyyəti

11:23 20 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 iyun, AZƏRTAC
Ölkəmizdə işgüzar turizmin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Azərbaycan Konqreslər Bürosu müxtəlif beynəlxalq tədbirləri respublikamıza gətirmək üçün fəaliyyət göstərir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qurumun səyləri nəticəsində Bakı daha bir tədbirə - beynəlxalq fizika konfransına ev sahibliyi edəcək. Sentyabrın 17-də Azərbaycan Texniki Universitetində keçiriləcək konfransda müxtəlif ölkələrdən 250-dək mütəxəssisin iştirakı gözlənilir.
2013-cü ildə dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan Azərbaycan Konqreslər Bürosunun da fəal iştirak etdiyi danışıqlar Azərbaycan Texniki Universiteti və Almaniyanın Rostock Universiteti arasında aparılıb.
Əsas məqsədlərindən biri Azərbaycana irimiqyaslı tədbirlərin cəlb olunması olan büro ölkənin ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri qurub və bu nailiyyət həmin əməkdaşlığın nəticələrindəndir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Konqresler_Burosunun_daha_bir_nailiyyeti-865534

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR