Naxçıvanda əhalinin gəlirləri üzrə müsbət dinamika davam etməkdədir

Naxçıvanda əhalinin gəlirləri üzrə müsbət dinamika davam etməkdədir
11:43 20 İyun 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 20 iyun, AZƏRTAC 
Naxçıvanda əhalinin gəlirləri üzrə müsbət dinamika davam etməkdədir. Cari ilin yanvar-may aylarında muxtar respublikada əhalinin gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 645 milyon 203 min manat, onun hər bir nəfərə düşən həcmi isə 3,7 faiz yüksələrək 1464,4 manat təşkil edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ilin yanvar-may aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 392,4 manat təşkil edib və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz artıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivanda_ehalinin_gelirleri_uzre_musbet_dinamika_davam_etmekdedir-865539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR