Üzən su nasos stansiyalarının sayının artırılması salyanlı fermerlərin suvarma problemini həll edib

Üzən su nasos stansiyalarının sayının artırılması salyanlı fermerlərin suvarma problemini həll edib
14:28 20 İyun 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+


Salyan, 20 iyun, Mahir Babayev, AZƏRTAC
Kür çayının aşağı hissəsində suyun səviyyəsinin enməsi salyanlı melioratorların işini çətinə salsa da, onlar vaxtında görülən tədbirlər nəticəsində mövcud vəziyyətdən üzüağ çıxıblar.
AZƏRTAC xəbər verir ki, son illərdə Kür çayında suyun azaldığını nəzərə alan melioratorlar isti aylarda su qıtlığının qarşısını almaq məqsədilə, ilk növbədə, üzən su nasos stansiyalarının sayını artırıblar. Həmçinin əsaslı təmir işləri aparmaqla, mövcud su nasos stansiyalarının məhsuldarlığını yüksəldiblər.
Əkin sahələrinə suvarma suyunun tez və itkisiz ötürülməsini təmin etmək üçün 500 kilometrə yaxın magistral və təsərrüfatdaxili kanallar lildən təmizlənib. Ümumiyyətlə Salyan rayonunda 45 min hektardan çox suvarılan əkin sahəsi var. Tam və mütəmadi olaraq suvarılması üçün həmin sahələrə çaydan kifayət qədər su ötürülür.
Fermer Mirvari Qasımova deyir ki, bu il əkin sahələrinin suvarılması zamanı su sarıdan heç bir çətinlik çəkməyiblər. İstənilən vaxt kanaldan su götürüb əkin sahələrini suvarıblar.
Suvarma sistemləri idarəsinin sahə rəisi Maşallah Əsədov AZƏRTAC-a müsahibəsində bildirib ki, suvarma təsərrüfatını yaxşılaşdırmaq, həmçinin suvarılan əkin sahələrini genişləndirmək üçün təmir-bərpa işləri ilin sonunadək davam etdiriləcək. Əlavə olaraq 8 su nasos stansiyası əsaslı təmir olunacaq. Bundan başqa, daha 500 kilometr kanal lildən təmizlənəcək, üzən nasos stansiyalarının sayı artırılacaq.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Uzen_su_nasos_stansiyalarinin_sayinin_artirilmasi_salyanli_fermerlerin_suvarma_problemini_hell_edib-865616

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR