Ukrayna təmsilçisi: “Avropa Oyunları olimpiada səviyyəsində keçirilir”

14:42 20 İyun 2015
110 İdman
Ölkə mətbuatı
A- A+

[ 20 İyun 2015 14:38 ]


Bakı. Məlahət Nəcəfova - APA. “Bakı 2015” Avropa Oyunları olimpiada səviyyəsində keçirilir”.

 

APA-nın usf.org.ua saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukraynanın üzgüçülük idman növü üzrə təmsilçisi Andrey Serdinov yerli deyib. Onun sözlərinə görə, açılış mərasimi, eləcə də yarışların təşkili tam olimpiya standartlarına cavab verir: “Burada bütün idmançılar olimpiya kəndində yaşayırlar, bu, həm də müxtəlif ölkələrin nümayəndələrinə bir-birilə tanış olmaq, ünsiyyət qurmaq imkanı yaradır”.

 

Ukraynalı atlet həmçinin bildirib ki, Avropa oyunları gənc idmançılar üçün də mühüm əhəmiyyətə malikdir: “Burada iştirak edən gənc idmançılar isə beynəlxalq yarışların, olimpiadaların atmosferini hiss etmək imkanı qazanır. Ümumiyyətlə, Bakı 2015 Ukraynalı idmançılar üçün də  ilk beynəlxalq təcrübə oldu”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387906

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR