17 yaşlı gənci enerji öldürdü

17 yaşlı gənci enerji öldürdü
15:37 20 İyun 2015
167 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişlidə 17 yaşlı gənci elektrik enerjisi vuraraq öldürüb.
 
APA-nın məlumatına görə, hadisə iyunun 19-da İmişli şəhərində yerləşən 2 mərtəbəli binanın damında baş verib. İmişli şəhər sakini, 1998-ci il təvəllüdlü Orucov Emin Alim oğlu binanın üstündə iş görərkən 10 kilovoltluq elektrik xəttinə başı ilə toxunub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/351632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı