Süleyman Dəmirəl dəfn edilib

17:32 20 İyun 2015
61 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 İyun 2015 17:29 ]


Bakı. Fuad  Cəfərov - APA. Bu gün Türkiyənin IX  prezidenti Süleyman Dəmirəl dəfn edilib.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, S. Dəmirəlin cənazəsi dünən Ankarada Türkiyə Böyük Millət Məclisində və Kocatəpə məscidində təşkil olunan mərasimdən sonra yük təyyarəsi ilə İspartaya gətirilib.

 

Təyyarəyə “Türk Ulduzları” və iki ədəd F-16 qırıcı təyyarənin müşayiəti ilə İspartada S. Dəmirəlin öz adını daşıyan hava limanına enib. Təyyarə hava limanına endikdən sonra qırıcı təyyarələr dörd dəfə hava limanı üzərində sayğı uçuşu keçirib. S. Dəmirəlin cənazəsi İsparta küçələrindən və adını daşıdığı universitetin önündən keçirilərək anadan olduğu İspartanın Atabəy rayonunun İslamköy kəndində morqa qoyulub. Küçələrdən keçərkən yol kənarında dayanan ispartalılar onun tabutunun üzərinə gül ləçəkləri səpiblər.

 

S. Dəmirəlin üçün bu gün nənəsinin adını daşıyan Şəhriban Xatun məscidində günorta namazından sonra cənazə namazı qılınıb. Daha sonra S. Dəmirəlin cənazəsi anıt məzar yeri olaraq müəyyən edilən İslamköydəki Çalçatəpədə torpağa tapşırılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387913

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı