TTK tərəfdaşı Saymon Roberson bildirib ki, TTK ADİU-ya özünün əqli mülkiyyəti olan layihənin hazırlanması, reallaşması, kommersiyalaşdırılması və bu kimi digər proseslərlə bağlı yardım etməyə hazırdır:
“Biz ADİU-ya əqli mülkiyyətin kommersiyalaşdırılması strategiyası ilə bağlı kömək göstərməyə çox şadıq. Azərbaycan həqiqətən də imkanlar ölkəsidir. ADİU kimi bir təhsil ocağının gücünü və hökumətin Avropa Oyunları kimi bacarıqların inkişaf etdirilməsinə investisiya qoymasını nəzərə alaraq, bu gənc dövlətin potensialına öz əlavəmizi etmək imkanına malik olmağımıza görə məmnunluq duyuruq”.
Həqiqət İSABALAYEVA