“Bu gün günün ikinci yarısında “LOT” yerüstü informasiya sistemlərinə edilən teleinformasiya hücumunun qurbanı olub. Nəticədə 1,4 min nəfər vaxtında yola düşə bilməyib”, - məlumatda bildirilir.
Qeyd olunur ki, hava limanı administrasiyası vəziyyəti nəzarət altına almağa nail olub. “Biz reyslərin mütəmadiliyini mümkün qədər tez bərpa etməyə çalışırıq. Operativ qərargahımız artıq uçuşlar planını hazırlayıb”, - məlumatda deyilir.
Aviaşirkət nümayəndələri vurğulayıb ki, problem havada olan təyyarələrə aid edilməyib. “Havada olan təyyarələr təhlükəsizlik şəraitindədir və uçuşu davam etdirirlər. Bizim aviaşirkətin tarixində indiyədək belə genişmiqyaslı hücum olmayıb”, - “LOT” təmsilçiləri deyib.
Haker hücumuna görə Polşanın Krakov, Vrotslav və Qdansk, Almaniyanın Hamburq və Düsseldorf, eləcə də Kopenhagen, Stokholm, Brüssel və Monako şəhərlərinə reyslər təxirə salınıb, - “TASS” yazır.