Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Ayan Babakişiyeva deyib. O, kişi-qadın münasibətlərindən danışıb:
“Kişi ilə qadın arasındakı münasibətdə sevgi, eşqlə yanaşı, hörmət olmalıdır. Ehtiras ötəri hissdir. Mən hisslərimlə yaşayan deyiləm. Ağılla yaşayıram. Hisslərə qapılmaq məhv olmaq deməkdir. Əvvəl münasibətdə səmimiyyətə fikir verirdim. İndi isə yox... Eyni zamanda həmişə qadınlar səmimi olurdu. İndi əksinədir, kişilər səmimiyyət istəyir”.
A.Babakişiyeva ideal münasibətdən də söz açıb:
“Bəziləri deyir ki, “Mən xəyanəti bağışlamıram. Həyat yoldaşım məni aldatsa, ayrılaram”. Heç vaxt belə düşünməmişəm. Dost da insana xəyanət edir. Ona görə də dərk etməliyik ki, ideal heç nə yoxdur”.