BMT: Ebola virusu epidemiyası səngiməyə başlayıb

BMT: Ebola virusu epidemiyası səngiməyə başlayıb
17:23 21 Yanvar 2015
105 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Dünyada Ebola virusu epidemiyası səngiməyə başlayıb. Bu barədə yanvarın 20-də BMT-nin Baş Assambleyasında məruzə ilə çıxış edən beynəlxalq təşkilatın ölümcül virusa qarşı fövqəladə reaksiya missiyasının rəhbəri İsmayıl Şeyx Əhməd məlumat verib.
AzərTAc Vesti.ru saytına istinadla xəbər verir ki, Şeyx Əhmədin sözlərinə görə, üç ay bundan əvvəl Qərbi Afrikanın üç ölkəsində - Liberiya, Qvineya və Serra-Leonedə yoluxanların sayı hər üç həftədə iki dəfə artırdı. Görülən qlobal tədbirlər nəticəsində vəziyyət xeyli yaxşılaşıb, xəstəliyin yayılma tempi zəifləyib.
Epidemiya ilə mübarizədə ən yaxşı göstəricilərin Liberiyada qeydə alındığını deyən missiya rəhbəri burada virusa yoluxma hallarının 30 dəfə azaldığını bildirib. Belə ki, avqust və sentyabr aylarında hər həftə demək olar ki, bu virusa 300 nəfər yoluxurdusa, hazırda 10 yoluxma faktı aşkar edilir. Son üç həftədə isə Liberiyanın 15 qraflığından yalnız 4-də yoluxma halları qeydə alınıb.
Eyni zamanda Qvineya və Serra-Leonedə də ölümcül xəstəliyə yoluxma hallarının ən aşağı həddə çatdığı deyilir.
Qeyd edək ki, Ebola virusunun səbəb olduğu xəstəliklərdən indiyədək təxminən 8600 insanın öldüyü bildirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_Ebola_virusu_epidemiyasi_sengimeye_baslayib-826431

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR