Barak Obama İŞİD-ə qarşı hərbi güc tətbiq etmək üçün Konqresdən icazə istəyir

Barak Obama İŞİD-ə qarşı hərbi güc tətbiq etmək üçün Konqresdən icazə istəyir
17:23 21 Yanvar 2015
111 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
ABŞ beynəlxalq arenada terrorçulara qarşı birtərəfli qaydada hərəkət etmək haqqını özündə saxlayır. Bunu yanvarın 20-də Konqresin hər iki palatası qarşısında “Ölkədə vəziyyət haqqında” çıxış edən ABŞ Prezidenti Barak Obama bəyan edib.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, terrorçuların hücumlarına məruz qalan ölkələrin vətəndaşları ilə həmrəy olduğunu deyən Barak Obama ölkəsinə və müttəfiqlərinə təhlükə törədənlərə qarşı hər zaman mübarizə aparacaqlarını bildirib.
ABŞ Prezidenti ölkənin qanunverici orqanlarını Ağ ev administrasiyasının İŞİD-ə qarşı hərbi güc tətbiq etməsi üçün sanksiya verməyə çağırıb.
Amerika lideri hesab edir ki, İŞİD-in Suriya və İraqdakı hücumlarının qarşısı ABŞ-ın sayəsində alınıb. O, qruplaşmanın zəiflədilməsi və yekunda tamamilə məhv edilməsi istiqamətində ərəb ölkələrinin də qatıldığı geniş koalisiya yaratdıqlarını və bu məqsədlə Suriyadakı mülayim müxalif qruplaşmaları dəstəklədiklərini qeyd edib.
Barak Obama, həmçinin İŞİD-lə mübarizə üçün zamana ehtiyac olduğunu və bu məsələdə mütləq uğur qazanacaqlarına inandığını vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Barak_Obama_ISID_e_qarsi_herbi_guc_tetbiq_etmek_uchun_Konqresden_icaze_isteyir-826426

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR