Bakı, 23 iyun, AZƏRTAC
Portuqaliyanın çimərlik futbolu üzrə yığmasının baş məşqçisi Madjer “record.xl.pt” saytına müsahibəsində deyib ki, birinci Avropa Oyunları 50 iştirakçı ölkənin bütün atletləri üçün mühüm əhəmiyyətə malikdir. O bildirib ki, Avropa Oyunlarında qızıl medal qazanmaq portuqaliyalı atletlərin əsas hədəfidir.
“Yarışlar yüksək səviyyədə təşkil olunub. Rəqiblər həqiqətən də çox güclüdür. Hər kəs o fikirdədir ki, ilk Avropa Oyunları önəmli bir idman tədbiridir. Burada uğur qazanan idmançılar Rio Olimpiadasında da mübarizə aparmaq imkanı əldə edəcəklər”, - deyə Madjer əlavə edib.