“ANS”in aparıcısı Zaur Nəbioğlu ötən gün 27 yaşını qeyd edib. Lent.az-ın məlumatına görə, paytaxt məkanlarının birində keçirilən ad gününə bir çox şou nümayəndələri qatılıb: “Ad günümə gələn hər kəsə minnətdaram. Doğum günümə yalnız mənə yaxın olan dostlarımı dəvət etmişəm. Çox sağ olsunlar ki, gəliblər”.
Aparıcı həmçinin oruc tutan sənətçilər üçün iftar süfrəsi açıb. Həmin gecəyə isə xalq artistləri Mənsum İbrahimov, Flora Kərimova, Nazpəri Dostəliyeva, Məleykə Əsədova, müğənnilərdən Mətanət Əsədova, Niyam Salami, Elçin Hüseynov, Manaf Ağayev, Rəşad İlyasov, aparıcı Elgiz Əkbər, stilist Samiraldo, bəstəkar Nailə Mirməmmədli və başqaları qatılıb.
Qeyd edək ki, Z.Nəbioğlu bu günə qədər “Rəngarəng” , “Pərdə”, kimi verilişlərin aparıcısı olub. O, hazırda “ANS”də “A-dan Z-yə” adlı verilişin aparıcısıdır.
Fotolar Ramin Aslanova məxsusdur.










