Dünən Bakının Səbail rayonu, Axundov bağının yaxınlığındakı mənzildə - Səid Rüstəmov 26 ünvanında kütləvi dava olub.

Hadisə nəticəsində Şabran şəhər sakini, 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızı bıçaqla qətlə yetirlib.

İlkin ehtimala görə, onu birlikdə yaşadığı keçmiş sevgilisi öldürüb. Dava zamanı hadisə yerində olan digər iki nəfər yüngül yaralanıb.

İlkin versiyalardan biri onun qətlinə səbəb kimi valideynləri ilə uzun müddət aralarında olan problemi göstərilir. Məlumata görə, Ayla valideynlərindən və yaxın qohumlarından gizlənirmiş.

Femida.az-ın məlumatına görə, hadisə yerində onunla eyni evdə yaşayan Katrin və Kama ləqəbli yaxın rəfiqələri də olublar. Onlar Aylaya kömək etmək məqsədilə otağa keçiblər. Bu zaman onlara da bıçaq xəsarəti yetirilib. Hadisə zamanı Kama çiynindən, Katrin isə ağzından bıçaq zərbələri alıb.

P.S. Şəkildə olan şəxs Katrin ləqəbli rəfiqəsidir.

Milli.Az

Öldürülən transseksualın yaralı rəfiqəsinin fotosu yayıldı - FOTO