Bakı, 25 iyun, Nihat Budaqov, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarında çimərlik futbolu yarışlarının ikinci günündə - iyunun 25-də qitənin 8 ölkəsinin yığma komandası medallar uğrunda mübarizəni davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu gün “A” qrupunda Portuqaliya-Ukrayna və Azərbaycan-İsveçrə, “B” qrupunda isə Macarıstan-İspaniya və Rusiya-İtaliya qarşılaşmaları keçiriləcək.