Davosun Bülluru öz sahibinə çatdı (VİDEO)

Davosun Bülluru öz sahibinə çatdı (VİDEO)
09:01 22 Yanvar 2015
210 Dünya
Ölkə mətbuatı
A- A+

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda ənənəvi olaraq Büllur (Crystal Award) mükafat da öz sahibinə çatıb.

Davos Forumunda yaradıcılıq sahəsində “Dünyanın rifahı naminə xidmət göstərən” insanlar bu mükafata layiq görülürlər.

Builki namizədlər arasında yaponiyalı memar Siqeru Ban, beninli müğənni Anjelika Kico və italiyalı opera müğənnisi Andrea Boçelli mükafat gözləyirdi. Forum təşkilatçıları Andrea Boçellini mükafata layiq görüblər.

Sinxron: Andrea Boçelli. İtaliyalı opera müğənnisi.

“Musiqi həmişə mənim ən sevdiyim iş olub. Bütün həyatımı musiqiyə həsr etmişəm. Musiqi bizi daha xoşbəxt və daha sakit edir. Müəyyən mənada dünyamızı daha da yaxşılaşdırır”

12 yaşından gözdən əlil olan müğənni tenor səsi ilə milyonların ürəyini fəth etməyi bacarıb. Müğənninin forumda da çıxışı yaddaqalan olub.

Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321096

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR