Gəncədə yolu keçmək istəyən 17 yaşlı oğlanı maşın vurub

09:57 22 Yanvar 2015
133 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 09:53 ]


Gəncə. Azər Məmmədli - APA. Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə Gəncə-Şəmkir yolunun 1-ci kilometrliyində, “Farfor” zavodunun qarşısında baş verib.

 

Yolu keçmək istəyən Göygöl rayonunun Quşqara kənd sakini, 1998-ci il təvəllüdlü İsmət Nemət oğlu Zeynalov Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Sadiq İlham oğlu Verdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR