Artıq bürünc medal sahibini tapıb. Üçüncü yer uğrunda oyunda millimiz Serbiyanı sınağa çəkib. Komandamız iki dəfə hesabda önə keçsə də, serblər bərabərliyi təmin edib. Nəticədə cütün taleyi tay-brekdə həll olunub. Bu zaman daha dəqiq oynayan Serbiya yığması bürünc medala sahib çıхıb - 3:2. Millimiz isə Avropa Oyunlarını 4-cü yerdə başa vurub.
Finalda isə Türkiyə və Polşa milliləri qarşılaşacaq. Bu matçın start fiti saat 18,30-da veriləcək.
3-cü yer uğrunda oyun
16.00 Azərbaycan - Serbiya 2:3 (25:21, 19:25, 25:17, 14:25, 9:15)
Final
18.30 Türkiyə - Polşa









