Davosun Bülluru öz sahibinə çatdı - VİDEO

Davosun Bülluru öz sahibinə çatdı - VİDEO
11:27 22 Yanvar 2015
228 Dünya
Ölkə mətbuatı
A- A+

Forum təşkilatçıları opera müğənnisi Andrea Boçellini mükafata layiq görüblər
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda ənənəvi olaraq Büllur (Crystal Award) mükafat da öz sahibinə çatıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Davos Forumunda yaradıcılıq sahəsində “Dünyanın rifahı naminə xidmət göstərən” insanlar bu mükafata layiq görülürlər.

Builki namizədlər arasında yaponiyalı memar Siqeru Ban, beninli müğənni Anjelika Kico və italiyalı opera müğənnisi Andrea Boçelli mükafat gözləyirdilər. Forum təşkilatçıları Andrea Boçellini mükafata layiq görüblər.

Andrea Boçelli deyib:

“Musiqi həmişə mənim ən sevdiyim iş olub. Bütün həyatımı musiqiyə həsr etmişəm. Musiqi bizi daha xoşbəxt və daha sakit edir. Müəyyən mənada dünyamızı daha da yaxşılaşdırır”.

12 yaşından gözdən əlil olan müğənni tenor səsi ilə milyonların ürəyini fəth etməyi bacarıb. Müğənninin forumda da çıxışı yaddaqalan olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR