Bakı, 29 iyun, İbrahim Əsədov, AZƏRTAC
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) "Bəzi alitsiklik monoterpenlərin doymamış C-spirtlər mühitində yodalkoksidləşmə reaksiyalarının araşdırılması, sintetik imkanlarının müəyyənləşdirilməsi və bioloji aktivliyinin tədqiqi" adlı qrant layihəsi yerinə yetirilir.
Bu barədə AZƏRTAC-a ADNA-nın elm və texnika işləri üzrə prorektoru, professor Ramiz Həsənov eksklüziv müsahibəsində məlumat verib. Professor qeyd edib ki, qrant layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə akademiyanın üzvi və bioloji kimya kafedrasında reallaşdırılır.
Ətraf mühitin qorunması ilə bağlı olan bu layihənin ümumi dəyəri 65 min manat təşkil edir.