ANS-in aparıcısı Elgiz Əkbər “Günə baxan” verilişi ilə bağlı yeni xəbər verib.
Axşam.az-ın məlumatına görə, aparıcı canlı yayımda yay tətilinə yollanacağını vurğulayıb:
“Yeni planlarım var. Yay istirahətindən qayıdandan sonra əgər “Günə baxan”ın aparıcısı yenidən mən olacamsa, formatda dəyişiklik edəcəm. Yeniliklər olacaq”.