Aparıcı Elgiz Əkbər deyir ki, yeni mövsümündə “Günabaxan” verlişində yeniliklər olacaq, ab-hava tamamilə dəyişəcək, veriliş daha maraqlı bir şəkildə insanların nəzərinə çatdırılacaq.
Ölkə üzrə reytinqlərin önündə gedən “Axtarıram səni Xoşqədəmlə” komandası da sabah və həftə sonu son verilişlərini təqdim edəcəklər. Yeni mövsümdə yeniliklərlə Xoşqədəm Hidayətqızı yenidən ANS-in efirində qarşınızda olacaq.
“Axtarıram səni Xoşqədəmlə” verlişində bəzi dəyişikləri olacaq. Bununla yanaşı “Sən tək deyilsən” çox fərqli bir şəkildə tamaşçıların qarşısına çaxacaq. Yəqin ki, bir həftə ərzində istirahət edəcəyik. Qalan bütün yayı isə çalışacağıq. İnanıram ki, hər şey yaxşı olacaq, uğurlu alınacaq”, – deyə aparıcı Xoşqədəm Hidayətqızı bildirib.
Bu mövsüm ANS hazırladığı digər layihələrlə də reytinqləri qırdı. Bədii-publisistik verilişlər ölkə üzrə ən baxımlı, ən reytinqli verilişlər olaraq qaldı.
Departamentin məhsulu olan həm intellektual, həm maarifləndirici, həm də əyləncəli verilişlər “Şəxsiyyət vəsiqəsi”, “Ağıl dəryası”, “Keçmişə salam”, “İstiqlal Şirməmməd Hüseynovla”, “Universual”, “Alın yazısı”, “Günəbaxan”, “Adam içində”, “Sən tək deyilsən”, “Axtarıram səni Xoşqədəmlə”, “Bazar səhəri”, “Şəbəkə”, “Məchulu tapın” və digər verilişləri bu il etimadı doğrultdu.
Yeni mövsümdə bu verilişlərin hansının qalıb-qalmayacağı bəlli deyil. ANS-in bədii-publisistik verilişlər departamentinin baş redaktoru Samirə Səfərəliyeva həmçinin söylədi ki, yeni sezonda bir sıra dəyişikliklər olacaq, hansı aparıcının hansı verilişi təqdim edəcəyi məxfi saxlanılır.
Verilişlərdən maraqlı franqmentlər, təkrarlarının yay boyu təqdim ediləcəyi gözlənilir. Tamaşaçılar bu barədə ANS-də anonslardan ətraflı məlumatlar alacaqlar.
İyul ayında əyləncəli verilişlərdən yalnız xalq şousu, “Xalqın artisti” efirini davam etdirəcək. Maraqlı gərgin mübarizə tamaşaçıları gözləyir. Yeni layihələrin müzakirələri avqust ayından gedəcək.
Yaradıcı heyət yeni mövsümdə tamaşaçıların qarşsına yeni-yeni maraqlı verilişlərlə çıxacaq. ANS Komandası yenə də birinci olacağından əmindir.