Ötən il həyat sığortası bazarında yığım 53 faiz, ödəniş 7,4 dəfə artıb

13:43 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, Samirə Quliyeva, AzərTAc
2014-cü ildə Azərbaycanda toplanmış sığorta haqlarının 24,5 faizi və ya 105 milyon manatı həyat sığortasının payına düşüb.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov yanvarın 22-də keçirilən “Jurnalistlər klubunun” növbəti görüşündə diqqətə çatdırıb. Bildirilib ki, 2013-cü illə müqayisədə həyat sığortası bazarı 36,2 milyon manat və ya 52,7 faiz böyüyüb.
Həyat sığortasındakı yığımların 56,7 faizi və ya 59,5 milyon manatı həyatın yaşam sığortasının, 27 faizi və ya 28,3 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 15,9 faizi və ya 16,7 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 458 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
Ötən il həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 28,6 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 18,2 faizini təşkil etməklə, 2013-cü ilə nisbətən 24,7 milyon manat və ya 7,4 dəfə çoxdur.
O.Bayramov qeyd edib ki, həyat sığortası üzrə ödənişlərin 86,7 faizi və ya 24,8 milyon manatı həyatın yaşam sığortasının, 8,4 faizi və ya 2,4 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 4,6 faizi və ya 1,3 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 62 min 500 manatı isə sağalmaz xəstəliklərlə bağlı sığortanın payına düşüb.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 27,2 manat ödəniş həyata keçirilib. 2013-cü ildə isə bu göstərici 5,7 manat olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_heyat_sigortasi_bazarinda_yigim_53_faiz_odenis_74_defe_artib-826670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR