Bakı, 1 iyul AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) elmi şurası pedaqoji heyətin vəzifə maaşının artırılmasına qərar verib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, qərara uyğun olaraq, yeni vəzifə maaşları kafedra müdirləri üçün 1500, professorlar üçün 1300, dosentlər üçün 880, baş müəllimlər üçün 760, müəllim və assistentlər üçün 680, dekan müavinləri üçün isə 1200 manat müəyyənləşdirilib.
Yeni artımdan sonra universitetin pedaqoji heyətinin orta aylıq əməkhaqqı 985 manat olacaq.