Bakı, 1 iyul, İbrahim Əsədov, AZƏRTAC
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) “Enerjiyə və resurslara qənaət edən innovativ texnologiyaların tətbiqi əsasında çətin çıxarıla bilən ehtiyatlara malik yataqların işlənilməsinin səmərəliliyinin artırılması” adlı qrant layihəsi yerinə yetirilir.
ADNA-nın elm və texnika işləri üzrə prorektoru, professor Ramiz Həsənov AZƏRTAC-a bildirib ki, qrant layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə akademiyanın yataqların işlənməsi və istismarı kafedrasında reallaşdırılır.
Dənizdə neftin, qazın çıxarılmasında enerjiyə qənaət edilməsi ilə bağlı olan bu layihənin ümumi dəyəri 100 min manatdır.