Ekologiya və təbii sərvətlər nazirinin Sabirabadda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

16:37 22 Yanvar 2015
136 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 16:35 ]


Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun 23 yanvarda Sabirabad şəhərində vətəndaşlarla nəzərdə tutulmuş görüşünün vaxtı dəyişdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş yanvarın 30-na təyin olunub.

 

H.Bağırov görüşdə Sabirabad, Saatlı, Hacıqabul rayonlarında və Şirvan şəhərində yaşayan vətəndaşları qəbul edəcək.

 

Görüş saat 10.00-da Sabirabad şəhərində, Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 95) keçiriləcək. 
 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Sabirabad şəhəri, Vidadi küçəsi 3, əlaqə telefonları: 055-443-58-86, 050-437-81-66, 021-23-5-69-25) xahiş olunur.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370013

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR