TQDK ADA Universitetinin magistratura proqramlarına qəbul olmaq istəyən tələbələrə müraciət edib

17:07 22 Yanvar 2015
593 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 17:04 ]


Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ADA Universitetinin İctimai siyasət (MPP) və Diplomatiya və beynəlxalq münasibətlər (MADIA) magistratura proqramlarına qəbul olmaq istəyən tələbələrə müraciət edib.

 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ADA Universitetində 2015-2016-cı tədris ili üçün İctimai siyasət, Diplomatiya və beynəlxalq münasibətlər, ixtisasları üzrə magistratura proqramlarına sənəd qəbulu davam edir.

 

İctimai siyasət (MPP) və Diplomatiya və beynəlxalq münasibətlər (MADIA) proqramlarının çərçivəsində tələbələr xaricdə mübadilə proqramı və müxtəlif səfərlərdən yararlana bilirlər. Böyük Britaniyanın Aberystwyth Universiteti, Glasgow Universiteti, Reading Universiteti, ABŞ-ın Miçiqan Universiteti, Şimali Dakota Universiteti, o cümlədən Fransa, İtaliya, Çin, Yaponiya, Litva, Argentinanın bir sıra nüfuzlu universitetləri ilə ADA Universitetinin əməkdaşlıq və mübadilə proqramları mövcuddur. Yerli və xarici professorlar tərəfindən keçirilən dərslərlə yanaşı, tələbələrin il ərzində Avropa İttifaqının sabiq prezidenti Barroso, BMT-nin İnkişaf Proqramının Administratoru və 2014-cü ilin 100 ən nüfuzlu qadınlarından biri hesab olunan Helen Klark, Böyük Britaniyanın Avropa üzrə Naziri David Lidington kimi məhşur siyasi xadimlər və elm adamlarının mühazirələrində iştirak etmək və onları maraqlandıran suallara cavab tapmaq imkanları olacaq. Tələbələr proqramların sonunda diplom işinin əvəzi olaraq xarici ölkələrin birində araşdırma məqsədilə on günlük səfərlərdə iştirak edirlər. “Capstone” adlanan bu layihə çərçivəsində ADA tələbələri dörd Afrika ölkəsi və Vyetnam, Monqolustan və Yaponiyaya səfərlər ediblər.

 

Tələbələr http://tqdk.gov.az/news/events/1014/ linkinə daxil olaraq da ətraflı məlumat əldə edə bilərlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR