Bakı, 2 iyul, Ramiz Quliyev, AZƏRTAC
Pirallahı rayonu ərazisində Yüksək Texnologiyalar Parkının yaradılması ilə bağlı hazırlıq işləri görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, həmin ərazi təmizlənir, oradan keçən bütün kommunikasiya xətlərinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir, o cümlədən 35 kilovoltluq yerüstü ötürücü xətlər yeraltı kabel xətləri ilə əvəz edilir.
Yüksək Texnologiyalar Parkı 50 hektarlıq ərazidə yaradılacaq “Qızıl üçbucağın” əsas elementlərindən biridir. Burada yüksək texnologiyalı şirkətlər, elmi-tədqiqat mərkəzləri, ekoloji cəhətdən təmiz istehsal obyektləri fəaliyyət göstərəcək.
Xatırladaq ki, artıq “Yüksək Texnologiyalar Parkı”nın hasarının çəkilməsi başa çatdırılır, ərazidə layihəyə uyğun inşaat işlərinə başlanılıb.