Bakı, 3 iyul, Elvira Məmmədova, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) “QS” və “Webometrics” dünya universitetləri reytinqində yer alan, Rusiyanın nüfuzlu “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti ilə birgə Bakıda lisey yaradılması barədə razılıq əldə edib.
Bu barədə AZƏRTAC-a ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib. Rektor liseydə yüksək bilikli və istedadlı şagirdlərin təhsil alacağını deyib.