Bakı, 3 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən cari ilin 6 ayı ərzində əlilliyi olan şəxslər ümumilikdə 16 887 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, bununla yanaşı, əlilliyi olan şəxslər 1432,5 cüt ortopedik ayaqqabı ilə təmin olunub, onlara məxsus 336 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilib.
Bundan əlavə, Protez-Ortopedik Bərpa Mərkəzinin protezləşdirmə stasionarlarında 245 nəfər əlilliyi olan şəxsə müvafiq reabilitasiya xidmətləri göstərilib.