Qanunsuz narkotik maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Abşeron polisinin keçirdiyi əməliyyat nəticəsində təxminən 7 kiloqram narkotik dövriyyədən çıxarılıb.
Abşeron Rayon Polis İdarəsi Mehdiabad Polis bölməsinin əməkdaşları Gəncə şəhər sakini, 19 yaşlı Nail Həsənpur, onun həmyaşıdı - Göyçay rayon İkinci Ərəbcəbirli kənd sakini Xaləddin Quluzadəni saxlayıb. Saxlanılan şəxslərin bildirdiklərinə görə, onlardan götürülən narkotiki Şəmkirdə yol kənarından yığıblar.
Nail Həsənpur - saxlanılan şəxs: "2 yoldaş məsləhətləşib etmişik. Şəmkirdə, yolun qırağından yığmışıq. 7 kilo idi, Gəncəyə apardıq, orada qurutduq hamısnı. 3-4 gündən sonra Bakıya gəldik. Kimə gəldi satmaq istəyirdik, dəqiq bir adamımız yox idi".
Xaləddin Quluzadə - saxlanılan şəxs: "8-10 minə satmaq istəyirdik. Kiloyla vermirik. Bakını yaxşı tanımırıq, birtəhər gəlib çıxdıq".
Saxlanılan şəxslərdən külli miqdarda, çəkisi 7 kiloqram 234 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Qeyd edək ki, bu, gənclərin ilk məhkumluğu olacaq.
Region TV
Videonu izləmək üçün şəklə klikləyin.

