“Azərbaycan Beynəlxalq Bank”ı Rusiyanın “Sberbank”ı ilə memorandum imzalayıb

10:12 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 10:10 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. Davos Dünya İqtisadi Forumu çərçivəsində Rusiya “Sberbank”ı və “Azərbaycan Beynəlxalq Bank”ı (ABB) arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

APA-Economics”in məlumatına görə, sənədi “Sberbank”ın İdarə heyətinin sədri, prezident German Qref və ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev imzalayıb.

 

Sənəddə qeyd olunan əməkdaşlıq sahələri arasında investisiya layihələrinin birgə maliyyələşdirilməsində iştirak, Rusiya, Azərbaycan və tərəflərin törəmə cəmiyyətlərinin və filiallarının olduğu 3-cü ölkələrdə ticarətin maliyyələşdirilməsinin təşkili, maliyyə bazarlarında əməkdaşlıq sahələri yer alır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370077

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR