Avrozona ölkələrinin rəhbərləri Yunanıstanın baş naziri Aleksis Tsiprasla razılığa gəliblər.

Trend TASS-a istinadən xəbər verir ki, avro zona ölkələrinin dövlət və hökumət rəhbərlərinin sammiti Yunanıstanın Avropa valyuta ittifaqında saxlanılması barədə Avropa Qrupu qarşısında məqsəd qoyub.

Bildirilir ki, sammitdə Yunanıstanın avrozonada qalması üçün tədbir görülməlidir. Yunanıstan isə iyulun 8-i müvəqqəti razılığın əldə edilməsi üçün təklif verməlidir.

Milli.Az