"Real"ın qolkiperi İker Kasilyas karyerasını "Porto"da davam etdirə bilər.

Metbuat.az "Diario de Noticias"a istinadən xəbər verir ki, "Porto" ispan qolkiperə aylıq 210 min avro məvacib təklif edib. Bu, o deməkdir ki, Kasilyas iş yerini dəyişərsə, illik 2,52 milyon avro əmək haqqı alacaq.

Kasilyasın "Porto"ya transferi baş tutacağı təqdirdə o, Portuqaliya çempionatının ən çox qazanan futbolçusu olacaq.

"Porto" 34 yaşlı qapıçının transferini sabaha kimi rəsmiləşdirmək istəyir.