"Yaxşı qapıçı komandanın yarısıdır". Bu fikir təsadüfən deyilməyib. Komandanın uğur qazanmasında qapıçıların rolu böyük olsa da, onların transfer qiyməti, adətən yüksək olmur. Goal.az dünyanın ən bahalı qapıçılarını təqdim edir.

- Simon Minyole (Liverpool)- 9 milyon funt. Belçika millisinin qolkiperin Premyer Liqa macərası 2010-cu ildə 2 milyon avro qarşılığnda "Sunderland"ə transfer olduqdan sonra başlayıb. "Qara pişiklər"in heyətindı inamlı çıxışı onu "Liverpool"un maraq dairəsinə saldı. Nəticədə 2013-cü ilin yayında 9 milyon funta "qırmızılar"a qoşulan Minyole klubun ən bahalı qapıçısı oldu.

- Samir Handanoviç (İnter) - 9 milyon funt. Sloveniyalı qapıçı "Udinese"də aparıcı klubların diqqətini özünə cəlb etdi. Variantlar arasında "İnter"i seçən Handanoviç "Udinese"yə 9 milyon funt qazandırdı. Penaltiləri qaytarmaqda usta sayılan təcrübəli çərçivə qoruyucusu hazırda "nerazzuri"də qalıb-qalmamğı düşünür.

- Klaudio Bravo və Mark-Andre Ter Şteqen (Barcelona) - 9.7 milyon funt. Viktor Valdesin "Barcelona"dan getməsindən sonra ona əvəzləyici axtaran katalonlar "Real Soceidad"dan Bravo, "Schalke"dən isə Ter Şteqeni heyətə cəlb etdi. Hər iki qapıçıya görə 9.7 milyon funt xərcləndi. Baş məşqçi Luis Enrike Primero oyunlarında Bravonu meydana çıxarsa da, Çempionlar Liqasında əsasən Ter Şteqenə şans verir.

- Freyzer Foster (Southampton ) - 10 milyon funt. Şotlandiyanın "Celtic" klubunda özünü yaxşı tərəfdən göstərən Foster İngiltərə millisinə də dəvət almağa başlayıb. 27 yaşlı qaolkiper "Southampton"a 10 milyon avro qarşılığında keçməklə ən bahalı britaniyalı qapıçı olmuşdu. "Southampton"in heyətində ilk 13 matçda qapısını toxunulmaz saxlayan əlcək ustasının uğurlu seriyasına dizindən aldığı ciddi zədə mane oldu.

- Petr Çex (Arsenal) - 11 milyon funt. 11 il "Chelsea"in uğurları üçün çalışan təcrübəli qapıçı ehtiyatda qalması ilə barışmadı və Londonun digər klubuna keçdi. 3 dəfə "Qzııl əlcək" mükafatına layiq görülən Çex, Premyer Liqada qapısını ən çox toxunulmaz saxlayan qaolkiperdir. "Arsenal"a keçən 33 yaşlı qapıçı David Ospina və Voyçex Şesnı ilə rəqabət aparmalı olacaq.

- Yan Oblak (Atletico). Tibo Kurtuanın "Chelsea"yə qayıdışından sonra "Atletico" 22 yaşlı Oblakı heyətə cəlb etdi. 2013/14 mövsümündə "Benfica"nın qapısını qoruyan Oblak üçün Madrid klubu 12.5 milyon funt ödəmişdi. Komandaya Miqel Moyanın əvəzedici kimi gələn sloveniyalı qapıçı bir müddət sonra əsas heyətdə tez-tez görünməyə başladı və ardıcıl 11 oyunda qapısını toxunulmaz saxlaya bildi.

- Ancelo Perutsi (Lazio). İtaliya futbolunun əfsanəvi qapıçılarından sayılan Perutsi "Juventus"un heyətində 3 skudetto və 1 Çempionlar Liqasının sahibi olmuşdu. 2000-ci ildə "Lazio" ilə anlaşan Perutsinin transferi 15.7 milyon funta başa gəldi. Həmin vaxt 30 yaşı olan Ancelo Roma klubunda 225 oyun keçirməyə imkan tapdı. 2006-cı ildə isə karyerasında çatışmayan dünya çempionu tituluna da sahib çıxdı.

- David de Xea (Manchester United) - 19 milyon funt. 2011-ci ildə "Atletico"dan "manikunianlar"ın heyətinə qoşulub. İlk mövsümündə bir sıra tənqidlərlə üzləşsə də, sonradan "United"in 1 nömrəli qapıçısına çevrildi.

- Manuel Noyer (Bayern Munchen). - 19 milyon funt. 4 mövsüm öncə "Schalke"dən "Bavariya"ya keçən qapıçı diqqəti üzərinə cəlb etməyi bacarmışdı. Özünəməxsus tərzi ilə seçilən Noyer 2014 mundialında gücünü bir daha göstərərək kuboku da başı üzərinə qaldırdı.

- Canluici Buffon (Juventus). İtaliya millisinin qolkiperi "qoca senyora"ya astronomik qiymətə - 33 milyon funta başa gəlmişdi. 2001-ci ildə "Parma"dan Turin klubuna gələn qapıçı burada 500 oyun həddini keçib. "Scuadra Azurra"nın heyətində də ən çox oyun keçirən məhz Buffondur. Onu dünya futbolunun ən güclü qapıçılarından biri kimi dəyərləndirirlər.

Milli.Az