Qubad İbadoğlu və tərəfdarları Müsavat Partiyasında fraksiya yaradılması prosesində iştirak etməyəcək

12:07 23 Yanvar 2015
177 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 12:04 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. Müsavat Partiyasının başqanı postuna sabiq namizəd Qubad İbadoğlu və tərəfdarları partiya daxilində fraksiya yaradılması prosesində iştirak etməyəcək. Bunu APA-ya açıqlamasında Q. İbadoğlu deyib.

 

Q. İbadoğlu bildirib ki, hazırda onun və tərəfdarlarının iki əsas hədəfi var: “Bu hədəflərə birincisi, partiyadan kənar ADR formalaşdırılması və onun tezliklə təsis yığıncağının keçirilməsi, ikincisi, Müsavat Partiyası daxilində tərəfdarlarımızın dəstəyi ilə partiyanın növbəti qurultayının keçirilməsi daxildir. Mən Tural Abbaslıya uğurlar arzulayıram. Fraksiya da uyğun formatlardan biridir və düşünürəm ki, bu sahədə fəaliyyəti, qarşıya qoyduğu hədəflər partiyanın maraqlarına xidmət edəcək”.

 

Qeyd edək ki, T. Abbaslı ADR Hərəkatının yaradılmasının partiyada narazılar arasında qeyri-müəyyənliyə səbəb olduğunu, belə getsə, tərəfdarları ilə birlikdə fraksiya formalaşdırmağa məcbur olacağını söyləyib. O, böyük ehtimalla gənclərin təmsil olunacağı fraksiyanın “Gənclər fraksiyası” adlanacağını açıqlayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR