Bakı, 10 iyul, AZƏRTAC
Mərkəzi Bankın elektron nəşri olan “Tədqiqat bülleteni”nin 2015-ci il üzrə ilk nömrəsi hazırlanıb və Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, bülletendə dünya iqtisadiyyatında baş verən proseslər və gözləntilərin icmalı verilib, qlobal bazarlarda vəziyyət əks olunub. Bülletendə, həmçinin inflyasiya üzrə beynəlxalq proqnozlaşdırma təcrübəsi, inkişaf iqtisadiyyatı və qlobal maliyyə sistemi üzrə son tədqiqatların nəticələri yer alıb. Bülletenin maliyyə savadlılığı bölməsində maliyyə savadlılığına dair Mərkəzi Bank tərəfindən görülən işlər əksini tapıb. Bülletenin fundamental tədqiqatlar bölməsində isə Mərkəzi Bankda aparılan son tədqiqat işləri haqqında məlumat verilib.