Brüssel, 11 iyul, AZƏRTAC
Avropanın nüfuzlu "Eureporter” portalı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi haqqında qərarı ilə bağlı müsahibəsini dərc edib.
Sözügedən portalda müsahibənin yayılması məsələ ilə bağlı Avropa İttifaqının müvafiq qurumları da daxil olmaqla Brüsseldə yerləşən rəsmi dairələrə Azərbaycanın haqlı mövqeyinin çatdırılmasında xüsusi rol oynayacaq.
(http://www.eureporter.co/world/2015/07/10/interview-azerbaijani-foreign-minister-echr-judgment-should-also-guide-osce-mg-co-chairs/)

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel