Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 17 min 166 ipoteka krediti verib.
AİF-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 692 milyon 817 min 030 manatdan çoxdur. AİF 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb.