"Avrozona liderləri uzun sürən danışıqlardan sonra Yunanıstana üçüncü yardım paketinin ayrılması məsələsi barədə "yekdilliklə" razılığa gəliblər".
Avropa İttifaqının prezidenti Donald Tusk belə deyib.
Onun sözlərinə görə, Yunanıstana yardım proqramı üçün "hər şey hazırdır".
Donald Tuskun təbirincə, bu proqram "ciddi islahatlar və maliyyə yardımını nəzərdə tutur".
"Heç bir "Grexit" olmayacaq", - Yunanıstanın avrozonanı tərk etməsi ehtimalı barədə söz-söhbətlərə istinad edən Avropa Komissyasının başçısı Jan-Klod Yunker söyləyib.

Avropa nağılının əsl üzü: nifrət, qəddarlıq və məğlubiyyət FOTO
Avrozona ölkələri liderlərinin Yunanıstan böhranı ilə bağlı danışıqları 17 saat çəkib və ötən gecədən bugün səhərədək davam edib.

"Əminəm ki, Yunanıstan parlamenti bu gün əldə edilmiş qərarları təsdiqləyəcək", - Jan-Klod Yunker deyib.
Brüsseldə avrozona ölkələri liderlərinin Yunanıstanla bağlı müzakirələri başa çatandan sonra Almaniya kansleri Angela Merkel Afina hökümətinə 25 milyard avro məbləğində yardımın ayrılacağını bildirib.
Onun sözlərinə görə, beynəlxalq kreditorların nəzarəti altında xərclənəcək həmin fond Yunanıstan banklarının yenidən kapitallaşması prosesinə xərclənəcək.
"Proqram 3 ilə nəzərdə tutulub, həmin müddət ərzində pensiya islahatı, əmək bazarı islahatı və özəlləşdirmə keçirilməlidir", - Merkel Brüsseldə mətbuat konfransı zamanı bildirib.
"Biz borcların ödənişini ertələməyə və orta müddətli maliyyələşməyə nail ola bildik", - Aleksis Tsipras Brüssel danışıqlarını şərh edərkən deyib.
Yunanıstanın baş naziri Aleksis Tsipras avrozona ölkələri liderlərinə Aİ-nin tələblərinin çoxunu nəzərə alan təkliflər təqdim etsə də, Aİ liderləri, ilk növbədə Almaniya kansleri Angela Merkel, rəsmi Afinadan vəd etdiyi islahatların keçiriləcəyinə dair təminat verilməsini tələb ediblər. Yunanıstana dair əldə edilmiş razılığın əsas bəndləri aşağıdakılardan ibarətdir:
Yunanıstana yeni kredit verilməsilə bağlı danışıqların başlanmasına icazə verilir.
Brüsseldə razılaşdırılmış islahatlar Yunanıstan parlamentində təsdiqdən keçməlidir.
Brüssel razılığı avrozona ölkələri parlamentləri tərəfindən də təsdiqlənməlidir.
Afinaya borclarını ödəmək üçün ayrılmış vaxt uzadılır.
Yunanıstan aktivlərindən 50 milyard avro məbləğində xüsusi fond yaradılacaq. Yunanıstan bankları həmin fonddan maliyyələşəcək. Fondun idarəçiliyi Aİ-nin nəzarətində olacaq.

Avropa nağılının əsl üzü: nifrət, qəddarlıq və məğlubiyyət FOTO

Beləcə, Avropa İttifaqının mənzil-qərargahında keçirilən 17 saatlıq danışıqlar marafonu Yunanıstanın tam məğlubiyyəti ilə başa çatdı. Afina kreditorların bütün tələbləri ilə razılaşmaq məcburiyyətində qaldı. Yeni anlaşmanın şərtləri hətta yunanların referendumda rədd etdikləri tələblərdən də ağırdır.
İndi yunanlar yenidən narazılıqlara başlayıblar və sosial şəbəkələrdə "#thisisacoup", yəni "Bu işğaldır" heşteqi ilə tvitlər, statuslar, fotolar yayılır.

Yunanların dediklərinə görə, Avropa İttifaqının yeni şərtləri əslində Almaniyanın tələbləridir və beləcə, almanlar 2-ci Dünya Müharibəsində olduğu kimi Yunanıstanı yenidən işğal edirlər.
Almaniyanın kansleri Angela Merkel özünü qalib sayır. Fəqət, uzunmüddətli perspektivdə almanların qələbəsi məğlubiyyətə çevrilə bilər. Avrozona kiçik çox kövrək, ləngər vuran valyuta ittifaqında hansısa dövləti zorla nəyəsə "razı" salmaq anlaşmanı saxlamaq üçün heç yaxşı vasitə deyil.
Almaniya yunanların çox ağır vəziyyətindən istifadə etdi. Rəsmi Afina hətta yeni pullar çap etmək üçün pul tapmadığından avrozonadan çıxarılma ölkə üçün əsl fəlakətə çevrilərdi. Yunanlar avrozonadan qovulandan sonra yenidən drahmaya qayıdışı və ya müvəqqəti valyutanın dövriyyəsini mümkün variant kimi ağıllarına belə, gətirmək istəmirlər.
Yunanıstanın baş naziri Aleksis Tsiprasa baxmaq yetər ki, ölkəyə hansı ağır şərtlərin zorla qəbul etdirildiyini anlayasan.
Almaniyanın kansleri Angela Merkelin israrı ilə Yunanıstanın qəbul etdiyi tələblər isə, həqiqətən də, çox ağırdır.
Afinanın razılaşdığı şərtlərə görə, ölkədə turizm sektorunda tətbiq olunan əlavə dəyər vergisi (ƏDV) artırılacaq, Aralıq dənizindəki kiçik adalara illərdən bəri verilən imtiyaz və güzəştlər ləğv olunacaq.

Avropa nağılının əsl üzü: nifrət, qəddarlıq və məğlubiyyət FOTO
Adalar məhz bu imtiyazlar sayəsində turizm biznesini inkişaf etdirirdi.
Ölkədə pensiya sistemi "islahat"lara məruz qalacaq, təqaüdə çıxmanın minimal yaş həddi artıq 2022-ci ildə 67 yaşa çatdırılacaq, 2019-cu ildən etibarən ən kasıb təqaüdçülərə yardımlar dayandırılacaq.
Dövlət aktivlərinin özəlləşdirilməsinə başlanacaq və nəticədə ən azı 50 milyard avroluq aktivlər Afinanın nəzarətindən çıxarılacaq. Həmin məbləğin yarısı Yunanıstan banklarının təkrar kapitallaşmasına, 25 faizi kreditorlara olan borcların ödənməsinə, yalnız 12,5 milyard avrosu ölkədaxili investisiyalara sərf olunacaq.

Bu tələb "özəlləşdirmə" kimi səslənsə də, əslində dövlət əmlakının borclara görə müsadirəsidir.
Son onillər ərzində heç bir müstəqil ölkəyə qarşı belə təhqiramiz addımlar atılmamışdı.
Yunanıstanda iş saatları artırılacaq, həmkarlar təşkilatlarının hüquqları azaldılacaq.
Bütün bunların müqabilində Yunanıstan yaxın 3 il ərzində 86 milyard avro kredit alacaq.
... Baş verənlər Yunanıstanın aşağılanması, təhqiri və məğlubiyyəti ilə yanaşı, Almaniyanın nüfuzu ilə imicinə çox ağır zərbə oldu. Yunanıstanla yanaşı, İspaniya, İtaliya, Portuqaliyada və Balkan ölkələrində Almaniyanı artıq "faşist dövlət" adlandırırlar.

Avropa nağılının əsl üzü: nifrət, qəddarlıq və məğlubiyyət FOTO
Əvvəla, avropalılar zərər çəkmiş yunanları dəstəkləyirlər və Almaniyanın davranışını qəddarlıq sayırlar.
İqtisadiyyat üzrə Nobel mükafatı laueratı Pol Kruqman isə yazıb: "Almaniya belə qəddar, cəlladcasına davranışı və siyasəti ilə Avropa İttifaqı layihəsinin məzarını qazır. Yunanıstanın başına açdığı oyundan sonra Almaniyanın səmimiliyinə, kiməsə yardım etmək istəyinə kim inanar?!"
Tələblərə gəldikdə isə, "islahat"lar, çətin ki, Yunanıstandakı problemləri həll etsin. Əvvəlki "islahatlar"ın hamısı yunanların borclarını daha da artırdığından, yeni plandan yaxşı nə isə gözləmək əbəsdir.
Sosial xərclərin azaldılması, vergilərin artırılması ölkədə tələbatı azaldacaq, ticarəti zəiflədəcək, çoxillik maliyyə depressiyasını davam etdirəcək.

Avropa nağılının əsl üzü: nifrət, qəddarlıq və məğlubiyyət FOTO
Problemlər ağırlaşan kimi yunanlar yenə küçələrə çıxacaqlar və beləcə "etiraz-rametmə-sakitləşmə-yoxsullaşma-etiraz" serialı davam edəcək.
Və ən nəhayət, Yunanıstanın aşkar və kobud şəkildə şərtlərə vadar olunması, iqtisadiyyatlara nəzarətin effektiv mexanizmlərin yoxluğu Avropa İttifaqının üzvləri arasında inamsızlığı daha da artırır.
Sonucda avronun zəifləməsi də absurd ehtimal səviyyəsindən çıxacaq.

Orxan Hun
Milli.Az