Ətirdən istifadə edərkən hansı nüanslara diqqət etməliyik?

Ətirdən istifadə edərkən hansı nüanslara diqqət etməliyik?
17:57 23 Yanvar 2015
471 Maraqlı
Ölkə mətbuatı
A- A+

Zövqlü insanı tamamlayan vasitələrdən biri də həmin şəxsin özəl ətridir. Demək olar ki, hər kəs ətirdən istifadə edir. Amma necə?! Bəli, ətirin də istifadəsində bəzi nüanslara diqqət etməmiz önəmlidir. Ən azından dermatoloji sığortamız üçün...

Kəpəz TV (Region TV) xəbər verir ki, günümüzü ətirsiz təsəvvür edə bilmirik. Amma bəzən bu ağlı başdan çıxaran məftunedici ətirlərin fəsadları ilə də qarşılaşırıq. Mütəxəssislərin fikrincə, bədənin düzgün nayihələrinə vurulmayan ətir ciddi dəri xəstəliklərinə gətirib çıxara bilər.

Tarixi qədim olan ətirlər yarandığı vaxt yalnız yüksək təbəqədən olan insanların seçimi idisə, vaxt keçdikcə ona təlabat artdı və bu gün onun istifadəçisi hər kəsdir. Lakin ətirlərin istifadə qaydasına da düzgün riayət etmək lazımdır. Həm onun qoxusunun qalıcı olması, həm də orqanizmimizə zərər verməməsi üçün nəbz vuran nahiyələrimizə vurmaq daha məqsədəuyğundur. Ətiri necə gəldi istifadə edən insanlar da az deyil, hətta üz dərisinə, saça da ətir səpənlər var...

Azad İsmayılov
, həkim- dermatoloq: “Ətirlərin təsirindən insanlarda səpkilər olur. Bu ətirin tərkibində olan bitki mənşəli süni maddələrin olması ilə əlaqədardır. Həmin maddələr orqanizmdə sensabilizasiya yaradır. Xarici təsirlərə reaksiya artır. Saç, üz orqanizmdə ən həssas yerlərdir. Nəticədə fizioloji aktiv maddələr artır. Dəri qıcıqlanır və qaşınır...”

Beləliklə, bizi yaddaşlarda saxlayan ətirlərdən necə gəldi deyil, düzgün şəkildə istifadə etməliyik ki, həm unudulmaz olaq, həm də sağlam, çünki o, gözəlliyin açarıdır...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR