Bakı, 16 iyul, AZƏRTAC
Avstraliyanın Ətraf Mühit Nazirliyi nadir növ quşların və məməlilərin populyasiyasını qorumaq məqsədilə yaxın 5 ildə 2 milyona qədər vəhşiləşmiş pişiyi məhv etməyi planlaşdırır.
AZƏRTAC RIA Novosti agentliyinə istinadla xəbər verir ki, yox olma təhlükəsi ilə üzləşən nadir heyvanların qorunması strategiyası hökumətə təxminən 4,8 milyon dollara başa gələcək. Bu proqram 20 növ quş və 20 növ məməlinin qorunmasına yönəlib.
Nazirliyin yaydığı məlumata görə, Avstraliya qitəsində və yaxın adalarda vəhşiləşmiş pişiklərin peyda olması ən azı 27 müxtəlif növ heyvanın nəslinin kəsilməsinə səbəb olub.