Bakı, 18 iyul, AZƏRTAC
“Bank VTB (Azərbaycan)” “Uduşlu hesab” adlı yeni depozit aksiyasına başlayıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, aksiya həm əmanət üzrə yüksək gəlir əldə etməyə, həm də lotereya iştirakçısı olmağa imkan verəcək. Aksiya çərçivəsində “Sərfəli” depoziti üzrə manatla əmanət yerləşdirən müştərilər qiymətli hədiyyələrə sahib olmaq şansı qazanacaqlar: “Chevrolet Cruze” avtomobili, turistik səfərlər, ev kinoteatrları, “Iphone 6” mobil telefonları, “Ipad Air 2” planşetləri və s. Lotereya qalibləri sentyabrın 15-də bankın baş ofisində lototron vasitəsilə müəyyənləşəcək.
“Uduşlu hesab” aksiyası hətta qısa müddətə yerləşdirilən depozit üzrə yüksək gəlir əldə etməyi nəzərdə tutur və “Sərfəli” əmanəti üzrə maksimal faiz dərəcəsi 16 faizədək artır. Aksiya şərtlərinə əsasən, 30 gün müddətinə “Sərfəli” əmanəti üzrə faiz dərəcəsi 12 faiz təşkil edəcək. Doxsan gün müddətinə yerləşdirilən əmanət üzrə faiz dərəcəsi aylıq ödəniş olduğu halda 13 faiz olacaq. Faizlər müddətin sonunda ödənildikdə isə 14 faiz təşkil edəcək. Əmanət 6 ay müddətinə yerləşdirildikdə və faizlə müddətin sonunda ödənildikdə bank depozit üzrə maksimal faiz dərəcəsi 16 faiz təklif edir. Aylıq ödəniş olduğu halda bu müddət üçün faiz dərəcəsi 15 faiz təşkil edir. Depozit 1 illik olduqda faizlərin ödənilməsi şərtindən asılı olaraq əmanət üzrə faiz dərəcəsi 13-14 faiz olacaq. Depozitin minimal məbləği 1000 manatdır.
“Məqsədimiz müştərilərə daha sərfəli şərtlərlə məhsullar təqdim etməkdir. “Uduşlu hesab” aksiyası müştərilərə qısa və ya uzun müddətli əmanət yerləşdirmək imkanı verir. Hər iki halda gəlirlər kifayət qədər yüksəkdir”, - deyə “Bank VTB (Azərbaycan)”ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.