Bakı, 20 iyul, AZƏRTAC
.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, mərkəzin laboratoriyalarında yeni cihazların alınması üçün Türkiyənin “Tetra Texnoloji Sistemlər” LTD şirkəti ilə müqavilə bağlanılıb və avadanlığın gətirilməsi üzrə iş aparılır. Sterilizasiya kompleksinin laboratoriya və ofis binaları tikilib. Həmçinin Fransanın “AREVA” şirkəti ilə birlikdə yaradılması nəzərdə tutulan Tədqiqat Nüvə Reaktorunun strateji planı və texniki xarakteristikası hazırlanıb və razılaşdırılması üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təqdim olunub.