Kaxa Kaladze: “Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Türkiyə hissəsində tikinti bir az gecikir”

15:27 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 15:26 ]

“Fikirləşirəm ki, bu yubanma tez bir zamanda başa çatacaq”

Tiflis. Nzami Məmmədzadə - APA. Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Türkiyə hissəsində tikintisində gecikmə var. Lakin fikirləşirəm ki, bu yubanma tez bir zamanda başa çatacaq.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın energetika naziri, baş nazirin birinci müavini Kaxa Kaladze azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

 

“Gürcüstan tərəfdə görülən bütün işlər başa çatıb və biz bir neçə gündən sonra sınaq qatarını yoxlayacağıq. Fikirləşirəm ki, Türkiyə tərəfi də işlərini sürətləndirəcək”, - deyə K. Kaladze.

 

Gürcü nazirinin sözlərinə görə, artıq Azərbaycan və Gürcüstan ərazisində layihə üzrə çəkilən dəmir yolu xətti istismara tam hazırdır: " Bildirim ki, BTQ dəmir yolu layihəsinin Gürcüstan sahəsi 185 kilometrdir və bu layihə 2015-ci ildə istifadəyə veriləcək”, - baş Gürcüstan hökumətinin rəsmisi bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR